İbrahim Kalın: Türk və rus qoşunları İdlibə göndərilə bilər

Türkiyə və Rusiya hərbçiləri Suriyanın İdlib vilayətində dislokasiya edilə bilərlər. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. Onun sözlərinə görə, türk və əsgərləri İdlibə göndərilə bilər: “Onlar təhlükəsizlik zonaları haqqında razılaşmalar çərçivəsində bu vilayətdə təhlükəsizliyə cavabdeh olacaqlar”. İ. Kalın bildirib ki, 1 milyon əhalisi olan İdlibə nə qədər hərbçininin göndərilməsi barədə danışıqlar aparılır: “Biz bu məsələnin iyulda Astanada görüş zamanı ətraflı müzakirə olunacağını gözləyirik. Rusiya hətta müəyyən sayda qırğız və qazax hərbçilərinin göndərilməsini təklif edib”. O əlavə edib ki, İdlibdə daha çox türk və rus hərbçiləri yerləşdiriləcək: “Dəməşq ətrafında isə Rusiya və İran hərbçiləri olacaqlar. Deraa şəhəri ərazisində isə Amerika və İordaniya qüvvələri yerləşəcək”.

DİGƏR XƏBƏRLƏR

Top