İctimai Birlik rəhbərinin müraciətinə I vitse-prezidentdən reaksiya: şəhidin banka olan borcu silindi

Bir müddət öncə Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı aprel şəhidi Xalıq Həsən oğlu Əzizzadənin əsgərliyə getməzdən əvvəl qardaşı Xəlil Qasımovla birgə PARABANK-dan kredit götürməsi və iki dəfə devalvasiya baş verdiyindən həmin vəsaiti ödəyə bilməməsi barədə informasiya paylaşmışdı. "Yeniavaz.com" xəbər verir ki, yayılan məlumatlarda PARABANK tərfindən borca görə şəhid ailəsinin məhkəməyə verilməsi ilə bağlı Əzizzadələr ailəsi evlərini itirə biləcəyindən narahatçılıq keçirdikləri vurğulanırdı. İctimai Birliyin məsələni sosial şəbəkələrdə və mediada ictimailəşdirdikdən sonra bu gün Azərbaycanın vitse-prezidenti xanım Mehriban Əliyevanın göstərişi ilə şəhidin banka olan borcu silinib. Məlumat üçün deyək ki, Xalıq Həsən oğlu Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top