Türkiyə Qətərdə quracağı bazaya hərbçi və zirehli texnika göndərdi

Türkiyə Qətərdə quracağı hərbi bazaya ilk hərbçilərini və zirehli texnikasını göndərib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. Məlumatda bildirilir ki, iyunun 22-də 5 zirehli texnika və 23 hərbçi Dohaya çatdırılıb: “Bu, Türkiyə və Qətər arasında əldə edilmiş hərbi təlim, əməkdaşlıq və birləşmələrin deslokasiya haqqında saziş çərçivəsində həyata keçirilib. Bundan sonra da bu cür fəaliyyətlər plana uyğun şəkildə aparılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top