Rusiyanın ən varlı məmurunun adı açıqlandı

Ulan-Uden Şəhər Şurasının deputatı Vadim Bredniy Rusiyada ən varlı məmurdur. “Yeniavaz.com”un “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Fobes” jurnalının tərtib etdiyi “Hakimiyyət və pul- 2017. Ən böyük gəliri olan 50 dövlət məmuru” reytinqində deyilir. Belə ki, ötən il V. Bredniyin ailə gəliri 2,8 milyard rubl təşkil edib. Deputatın və onun həyat yoldaşının mülkiyyətində 20-dən çox torpaq sahəsi, 5 yaşayış evi, avtomobillər və motorlu qayıqlar var. Siyahının ikincisi 2,6 milyard rubl gəliri olan Federasiya Şurasının üzvü Valeri Ponomaryovdur. İlk üçlüyü isə Tatarstanı Prezidenti Rüstəm Minnixanov tamamlayır. O, 2016-cı ildə 2,3 milyard rubl qazanıb. “Forbes”dan qeyd ediblər ki, reytinqin hər dörd iştirakçısından biri Dövlət Dumasnın deputatıdır. Nəşrin ekspertləri reytinqi hazırlayarkən hakimiyyət orqanlarının 400-dən çox qurum və strukturunun bəyannamələrini öyrəniblər.

DİGƏR XƏBƏRLƏR

Top