Okruaşviliyə atəş açan şəxs 17 il həbsdə yatmalı olacaq

Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı sui-qəsd cəhdinə baş vuran şəxs üzərində məhkəmə prosesi başa çatıb. "Yeniavaz.com"un nevvsgeorgiya.ge-yə istinadən verdiyi məlumata görə, eks müdafiə nazirinə sui-qəsddə günahlandırılan 53 yaşlı Aleksandr İnduaşvilini məhkəmə 17 il həbs cəzasına məhkum edib. Xatırladaq ki, ötən il parlament seçkiləri çərçivəsində Okruaşvli Qoridə seçkilərlə görüş keçirib. Bu zaman İnduaşvili tapançadan Okruaşviliyə atəş açıb. Nəticədə eks müdafiə nazirinin mühafizəçisi və bir dinc sakin yaralanıb. O vaxt İnduaşvili həbs edilərək ona qarşı qəsdən adam öldürmə, qeyri-qanuni silah saxlama maddələri ilə cinayət işi açılmışdı. Məhkəmə prosesi zamanı İnduaşvili günahını boynuna alsa da, Okruaşvilini hansı səbəbdən öldürmək istəməsini söyləməyib.

DİGƏR XƏBƏRLƏR

Top