Pentaqon: YPG-yə verilən silahlar geri alınacaq

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyənin milli müdafiə naziri Fikri Işıqa göndərdiyi məktubda terror təşkilatı YPG-yə verilən ləvazimat və təchizatla bağlı məlumat verib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, məktubda bildirilir ki, təmin edilmiş bütün təchizatın fotoşəkilli sübutu var. C. Mettis deyib ki, İŞİD terror qruplaşması məğlub edildikdən sonra silahlar YPG-dən geri alınacaq. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ-Türkiyə əlaqələri İŞİD-in məğlub edilməsindən daha önəmli strateji tərəfdaşlığa malikdir.

Onun sözlərinə görə, YPG-yə verilən ləvazimatların siyahısı hər ay nizamlı olaraq Türkiyəyə təqdim ediləcək: “İlk inventar hesabatı bu ay göndərilib. İnventar da vizual şəkildə qeydiyyata alınıb. Paylaşılan silahların yalnız Suriya ərazisində qalmasını təmin etmək üçün amerikalı konsultantlar ərazidə çalışır”. C. Mettis diqqətə çatdırıb ki, Raqqaya ələ keçirəcək qüvvələrin 80 faizini ərəblər formalaşdıracaq və şəhəri nəzarət edəcək qüvvələr yenə də ərəblərdən təşkil olunacaq. İŞİD-i məğlub etmək üçün ərazidə YPG ilə məcburi əməkdaşlıq etməliyik”.

DİGƏR XƏBƏRLƏR

Top