Ermənistan Rusiyanı Qərbə sata bilər

Ermənistanda keçirilən NATO tədbirindən sonra Moskvada Yerevanın Qərbə münasibətdə mövqeyində dəyişiklik olub-olmaması barədə ekspertlər səviyyəsində müzakirələr başlayıb. "Yeniavaz.com"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Rosbalt" agentliyinin siyasi şərhçisi İrina Corbenadze Ermənistanın Qərbə istiqamət götürməsinə görə Rusiyanın və İranın onu cəzalandırmağa hazır olub-olmamaları məsələsinə diqqəti cəlb edib. İrina Corbenadze yazır ki, NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsuisi nümayəndəsi Ceyms Appaturayın Yerevana səfəri Ermənistanla Avropa Birliyi arasında növbəti sənədin imzalanması ərəfəsinə düşüb: "NATO rəsmisi Yerevanda prezident Serj Sarkisyan və parlamentin sədri Aro Babloyan tərəfindən yüksək səviyyədə qarşılanıb. Hər iki görüşdə Appaturay deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv olmasına paralel, həm də NATO-nun etibarlı tərəfdaşı ola bilər. Mənə elə gəlir ki, ermənilərin simasında bizim "mülayin buzovu" əzizləmək fəlsəfəmizi onlar öz hərəkətləri ilə boşa çıxarıblar. Yəni Rusiyanın həddindən artıq yumşaq davranşılarından Ermənistan istifadə etməyə, bizə arxa çevirməyə cəhd edir".

DİGƏR XƏBƏRLƏR

Top