ABŞ və Avropa Gürcüstanda baş verənlərdən narahatdır

ABŞ və Avropa Gürcüstanda baş verənləri diqqətlə izləyir. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə "Amerikanın səsi" radiostansiyasının gürcü redaksiyasına açıqlamasında Makkeyn İnstitunun direktoru Kurt Uolker deyib: "ABŞ və onun Avropadakı müttəfiqləri Gürcüstanda baş verən son hadisələrdən, o cümlədən keçmiş baş nazirin mətbuata təzyiqlərindən, həmçinin ölkəni idarə edənlərin müstəqil məhkəmə sisteminə təsir etmə cəhdlərindən narazıdır. Gürcüstandakı amerikalı sərmayəçilərə münasibətdə də ədalətsiz yanaşmalar özünü göstərir. Gürcüstanda müstəqil məhkəmənin fəaliyyət göstərməsi ilə bağlı ölkə Konstitusiyasının qarantiya verməsinə baxmayaraq hökumət buna məhəl qoymur. Bu isə demokratik islahatlar yolu seçən, özünü Avropanın və NATO-nun bir parçası görmək istəyən Gürcüstanın imicinə xələl gətirir".

DİGƏR XƏBƏRLƏR

Top