Rusiya Gürcüstan-NATO yaxınlaşmasından narahatdır

Moskva Gürcüstanın NATO ilə əməkdaşlığı daha da dərinləşdirməsindən ciddi şəkildə narazıdır və bunu özü üçün təhlükə hesab edir. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirliyi tərəfindən Cenevrədə keçirilən Rusiya-Gürcüstan görüşündən sonra yayılan məlumatda deyilir: "Abxaziya, Rusiya və Cənubi Osetiya Gürcüstanın NATO ilə əlaqələrini dərinləşdirməsindən narahatdır. Ötən ay Tbilisidə keçirilən NATO Parlament Assambleyası tərəfindən qəbul edilən qətnamə Şimali Atlantika alyansının Zaqafqaziyadakı vəziyyətə birtərəfli yanaşdığını göstərir".

Qeyd edək ki, iyunun 20-21-də Cenevrədə keçirilən Gürcüstan-Rusiya danışıqlarında Rusiya bölgədə güc tətbiq edilməməsində və bununla da mövcud status-kvonun qorunub saxlanılmasında maraqlı olduğunu gündəmə gətirib. Öz növbəsində danışıqlarda Gürcüstan Rusiya tərəfindən atəşkəs barədə anlaşmanın pozulmasından narahat olduğunu və qarşı tərəfin Abxaziya və Cənubi Osetiyanın anneksiyası siyasətinə etirazını bildirib. Tərəflər arasında növbəti görüşün isə bu ilin oktyabr ayında keçirilməsi barədə razılıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top