Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb

Yemelyanov Beynəlxalq Hava Limanından Bakıya müntəzəm reyslərə start verilib. Azərbaycan paytaxtına uçuşları "İrAero" aviaşirkəti yerinə yetirir.
Krasnoyarsk - Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də yerinə yetirilib. Məlumata görə, birinci reysdə hava gəmisinin yüklənməsi 100 faiz təşkil edib. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək, yəni oktyabrın 25-dək davam edəcək. Reyslər çərşənbə və bazar günləri olmaqla həftədə iki dəfə həyata keçiriləcək. Krasnoyarskdan uçuş yerli vaxt ilə 18.50-də, Bakıya çatma isə 20.30-dadır. Eyni zamanda Bakıdan yerli vaxtla 21.30-da havaya qalxacaq təyyarə 04.50-də Krasnoyarskda eniş edəcək. Uçuşlar "Sukhoi Superjet 100" hava gəmisi vasitəsi ilə həyata keçirilir.Report

DİGƏR XƏBƏRLƏR

Top