Fernando Alonso: Bakıda məni cərimələyəcəklər

“Formula 1” Azərbaycan Qran-prisində məni cərimə gözləyir. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, bunu “Formula 1” yarışlarında iştirak edən “Maklaren” komandasının pilotu Fernando Alonso deyib. İspaniyalı pilot bildirib ki, Azərbaycan Qran-prisində “Honda” mühərrikinin komponentlərinin dəyişdirilməsinə görə yeni cərimələr gözləyir. O deyib: “Sirr deyil ki, biz həftəsonu mürəkkəb yarış gözləyirik. Kanadada güc qurğusunun sıradan çıxmasından sonra çox güman ki, bizi yeni cərimələr gözləyir, Bakı trasında dar döngələri və uzun düz yolları nəzərə alsaq, ötüb keçmək bizim üçün çətin olacaq. Lakin təbii ki, mümkünsüz heç nə yoxdur və biz həmişəki kimi vuruşmağa davam edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top