Çinli alim Aşıqlar Birliyində olub

Ölkəmizdə qonaq olan Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub. Məlumata görə, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanış olmaqdır.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. O, günümüzün ustad aşıqlarından və AAB-ın reallaşdırdığı layihələrdən söhbət açıb, qonağı maraqlandıran suallara əhatəli cavab verib. M.Qasımlı eyni zamanda, çinli alimə AAB-nin nəşri olan "Günümüzün ustad aşıqları" seriyasından kitablar və "Folklor və etnoqrafiya" jurnalının son nömrələrini, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.

DİGƏR XƏBƏRLƏR

Top