DİN Göyçayda törədilən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin saytının məlumatına görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət olunub. Göyçay rayon prokurorluğunun və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib. Meyit eksqumasiya edilib. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Xanmaməmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top