Psixoloq: "Hər bir fərd psixoloji durumuna uyğun musiqi seçməlidir"

Bəlkə də musiqi dinləməyən insan yoxdur. Mütəxəssislər musiqinin insan üçün həm müsbət, həm də mənfi təsirlərinin olduğunu deyirlər. Psixoloq Elnur Rüstəmov "Yeniavaz.com"a açıqlamasında bildirdi ki, musiqinin insan beyni üçün iki təsiri - müsbət və mənfi təsir forması vardır: "Yəni, musiqi adrenalini qaldıra da bilər, endirə də bilər, depresiyadan çıxara da bilər, depresiyaya sala da bilər. Bu insanın özünün psixoloji xüsusiyyətindən çox asılıdır. Psixologiyada bir terapiya kimi musiqidən istifadə edilir. Xarici ölkələrdə fərdin özünün psixoloji durumuna uyğun olaraq musiqi ilə onu elə bir hala gətirirlər ki, əməliyat olunur və heç ağrını hiss eləmir. Sadəcə fərdin musiqi növünü seçməsindən çox şey asılıdır. Çalışmalıdır ki, hər bir fərd psixoloji durumuna uyğun musiqi seçib dinləsin. Bu gün gənclər elə musiqilər dinləyirlər ki, həmin musiqilər onların hərəkətlərinə belə birbaşa siraət edir.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top