Uorren Baffetlə nahar etmək hüququ 2,6 milyon dollara satılıb

Amerikalı milyarder Uorren Baffet ilə nahar etmək hüququ ABŞ-da keçirilən illik xeyriyyə hərracında 2,6 milyon dollardan artıq məbləğə satılıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, hərracın qalibi adının anonim qalmasını istəyib. Milyarderin özünün keçirdiyi hərrac artıq 18-ci dəfədir təşkil edilir. Hərracın qalibi U. Baffetlə nahar edə və ona maraqlandığı istənilən sualı verə bilər. Milyarder toplanmış vəsaiti San-Fransiskodakı evsizlərə dəstək verən “Glide Foundation” fonduna köçürür. O, əvvəl keçirilmiş hərraclardan ümumilikdə 24 milyon toplayıb. Qeyd edək ki, U. Baffet amerikalı sahibkar və sərmayədardır. 2017-ci ilin məlumatına görə, onun sərvəti 76,9 milyard dollar həcmində qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top