Qvami Məhəbbətoğluna Yazıçılar Birliyinin üzvü vəsiqəsi təqdim edilib

"Yeniavaz.com" saytının əməkdaşı, son 20-25 ildə satirik ruhlu yazıları ilə oxucuların rəğbətini qazanan jurnalist-publisist Qvami Məhəbbətoğlu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Qvami Məhəbbətoğluna üzvlük vəsiqəsini təqdim edərək ona yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb. Qeyd edək ki, Qvami Məhəbbətoğlu "Hərdən gülməyim gəlir" (2011) və tanınmış futbol hakimi Rüstəm Rəhimovun həyat fəaliyyətinə həsr etdiyi "Bu mənim alın yazımdır" (2017) kitablarının müəllifidir. Hər iki kitabda müəllifin istedadlı qələm sahibi olması diqqəti cəlb edir. "Yenivaz.com" ailəsi adından Yazıçılar Birliyinə üzv qəbul edilməsi münasibəti ilə həmkarımız Qvami Məhəbbətoğlunu təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top