Əkin üçün qazdıqları yerdən 1000 illik antik məzar tapdılar

Çinin Siçuan şəhərində kəndlilər əkinçilik məqsədilə qazdıqları tropaqdan 1000 illik antik məzar tapıblar. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lu adlanan bölgədə qazılan yerdən çox sayda oyma məzar daşları çıxıb. Təxminən 200 oyma məzar daşı olan sahədən çıxardılan məzar daşlarının ən böyüyünün 800 kiloqram ağırlıqda olduğu deyilir. Arxeoloqların dediyinə görə, qəbirlərin içindəki oyma əsərlərə və oyma stilinə baxıldıqda məzarın Song Dinasti (b.e 960-1279) dövründən qaldığı ortaya çıxır. Tədqiqatı aparan arxeoloqlar, “Məzarlar olduqca yaxşı qorunub. Döyüşçülər və çiçəklərlə bəzədilmiş məzar qapıları Sonq dövründəki insanların həyat tərzini əks etdirir. Məzarın hər iki tərəfinin də eyni olması məzarın cütlüklər üçün tikilə biləcəyini göstərir”-deyib. Qəbiristanlıqda həyata keçirilən işlərdən sonra şəhərin muzeyinə 200-dən çox məzar daşı köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top