Daxmalarda yaşayan məcburi köçkünlər...

Tramp etirazlara cavab verdi

"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

Bazar ertəsi, 23 yanvar 2017

Menu

Bazar ertəsi, 23 yanvar 2017

PƏNCƏRƏ

Duamız niyə qəbul olmur?

16.12.2016 16:14

İbrahim ibn Ədhəm Həzrətlərindən soruşurlar ki, niyə dua etdiyimiz halda qəbul olmur. O cavab verir:

- Allahı tanıyırsınız, lakin buyruğuna əməl etmirsiniz,

- Peyğəmbəri tanıyırsınız, lakin sünnətinə əməl etmirsiniz,

- Quran oxuyursunuz, lakin ona əməl etmirsiniz,

- Nemətləri yeyirsiniz, lakin şükür etmirsiniz,

- Cənnəti bilirsiniz, lakin onu istəməyi bilmirsiniz,

- Cəhənnəmi bilirsiniz, lakin ondan haqqıyla qorxmursunuz,

- Ölümü qəbul edirsiniz, lakin ona hazırlaşmırsınız.


Lüğət

"Salaməleykum" nə deməkdir?

- Salam Allahın adıdır. Əmin-amanlığın, güvənin, sülhün qaynağı, hər cür qüsurdan, eyibdən uzaq və bu kimi gözəl mənalara gəlir. Müsəlmanların bir-birinə salam verməsi əslində çox gözəl duadır, yəni Allah səni hər cür bəladan qorusun; hər zaman Allahın yolunda olasan, çünki təhlükədən bəladan uzaq olmağın yolu Allahın yolunda olmaqdır; Allaha təslimiyyət üzrə olasan; Allah bizi Allaha təslimiyyət yolunda birləşdirsin; Allaha təslimiyyətdə birləşək ki, hər cür cür bəladan uzaq olaq... Bəli, bir salamın bu qədər və hələ saydığımızdan daha çox mənaları var.


Şeytan necə aldaddır?

Cümə namazına gedən birisi adının çağırıldığını eşidir. Durub dörd yanına baxsa da, heç kəsi görmür. Yoluna davam etmək istədikdə yenə adının çağırıldığını eşidir:

- Ey Mürşid oğlu İbrahim, bu gündən sonra namaz qılmaq borcu sənin boynundan qaldırıldı. Bu vaxta qədər qıldıqların yetər, daha qılmaya bilərsən.

Adam bir anlığa özünü itirdi, amma fikrini cəmlədi və gülümsünərək söylədi:

- Ay şeytan, dəf ol yolumdan.

Yenə səs gəldi:

- Yaxşı, düz bildin, yolundan dəf olaram, amma bir söylə görüm şeytan olduğumu haradan bildin?

- Bunu bilməyə nə var ki, əgər Quranda buyurulursa və Rəsulullah (Ona Allahın salamı olsun!) son gününə qədər namaz qılırsa, mənim kimi üzüqara bir bəndə namaz borcundan necə qurtara bilər?


Getməyə özgə yermi var?

Ətrafda böyük hörmət sahibi olan bir alimin tələbələri təhsil müddətini başa vurmağa az qalmış onu tərk edib gedirlər. Alim sabahı gün dərs otağına girəndə cəmi bircə tələbə görür və soruşur ki, yoldaşların hanı?

- Dərsi buraxıb getdilər, - deyə tələbə cavab verir.

- Yəqin ki, dönməyəcəklər?

- Bilmirəm.

- Axı niyə getdilər?

Tələbə susur, cavab vermək istəmir. Alimsə əl çəkmir. Nəhayət, tələbə həqiqəti açıb söyləməli olur:

- Ustadım, sizin təliminiz sayəsində biz yüksəlib elə hala gəldik ki, artıq lövhi-məhfuzu oxumağa başladıq (Lövhi-məhfuz göydə hər bir canlının son aqibəti yazılmış lövhədir). Allah yanında hörməti olanların adının qarşısına “Səid”, qeyrilərinin qarşısına isə “Şaki” yazılır. Baxıb gördük ki, sizin adınızın qarşısına “Şaki” yazılıb. Doğrusu, bizə çox ağır gəldi və yoldaşlarım çıxıb getdilər.

- Bəs sən niyə getmədin? - deyə alim soruşur. Tələbə sakitcə boynunu qısıb:

- Doğrusu, bu vaxtadək mən sizdə bir qüsur görmədim və inanıram ki, mən heç zaman sizin öyrətdiklərinizin borcunu qaytara bilməyəcəyəm. Nə olur-olsun, mən sizdən ayrılmayacağam”.

Alim tələbənin bu sədaqəti qarşısında başını yerə dikib durdu, gözlərindən yaşlar axıtdı. Sonra başını qaldırıb dedi:

- Mən qırx ildir başımın üstündə o sözü görüb qıvrılıram.

Neyləyim, kimə deyim, hara gedim? O uca dərgahdan başqa üz tutacaq bir yermi var? Allah-Taala məni nə halımla qəbul edir-etsin, necə istəyirsə, cəzalandırsın, neyləyə bilərəm. Demək mən ona layiqəm ki, orada adımın qarşısına elə yazılıb. Anasının əllə vurduğu uşaq yenə dönüb onun ayaqlarına sığındığı kimi, sızlaya-sızlaya o sözə baxıb yanıram, gecələrimi Allaha yalvarmaqla keçirirəm. Mən qırx ildir ki, o sözün altında əzilib dururam, amma sənin yoldaşların bir dəfə görməyə tab gətirmədilər.

Söz alimin ağzından qurtarmışdı ki, onların gözü görə-görə “Şaki” sözü silindi, yerinə Səid yazıldı.


Ona borc vermək sənin borcundur

Xalqımız “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyib. Sevimli Peyğəmvərimiz (Ona Allahın salamı olsun!) də “ev almazdan əvvəl qonşu al” buyurub.

Uca Kitabımız Qurani-Kərimdə valideynlərdən və yaxşı qohumlardan sonra yaxın və uzaq qonşulara yaxşılıq etmək, onlarla səmimi davranmaq əmr edilir. (Nisa-36).

Peyğəmbərimiz də bir hədisi-şərifində qonşuluq münasibətlərinin əhəmiyyəti haqda belə buyurmuşdur: “Cəbrail mənə qonşu haqları haqda elə hökmlər gətirdi ki, bu gedişlə hər halda qonşu qonşuya varis olar deyə düşündüm”. Yenə uca peyğəmbərimizin: “Qonşusunun əlindən, dilindən əmin olmadığı adam mömin sayılmaz” sözləri bu münasibətin nə qədər ciddi və gərgin olmasını açıq ifadə edir.

Həyat örnəyimiz Həzrəti-Muhamməd (s.ə.s.) qonşuluq münasiblətlərini və hər kəsin qonşu qarşısındakı borclarını bu ölçülərlə müəyyən edir:

- Qonşu xəstələnəndə ona baş çəkmək, hal-əhval tutmaq, Allahdan şəfa diləmək.

- Öləndə cənazəsinin qaldırılmasında iştirak etmək.

- Dara düşüb borc istədikdə vermək.

- Çətinə düşəndə köməyinə yetişmək.

- Bir nemətə qovuşanda təbrik etmək.

- Başına bir müsibət gələndə təsəlli vermək.

- Özünə ev tikəndə qonşunun evinə düşən günəş işığının və görünən mənzərəsinin qarşısını kəsməmək.

- Bişirdiyini bəlli etməmək, bəlli olarsa, qoxunun getdiyi yerə qədər onlara da vermək.

Oxundu: 55

© 2017 - NSPSOLUTIONS