Puşkin yad olunub

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. A.S.Puşkinin Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önundə keçirilən tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçisinin birinci müavini Xalidə Bayramova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Respublika "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər. Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların, o cümlədən Azərbaycan dilin tərcümə olunub.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri A.S.Puşkinin nağıllarından səhnəciklər də göstəriblər.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top