Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ƏDƏBİYYAT

Bu il Şairlər Günü bölgələrdə də qeyd ediləcək

29.05.2017 18:19

İyunun 5-də Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq. Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

Hələ altı il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür 5 iyun. Odur ki, (artıq 7 ildir) tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçıların Müşfiqin rəmzi məzarına - Xəzər dənizinə gülsəpmə mərasimidir.

Bu ilki "Şairlər günü"ndə də Gənc Şairlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin, TİKA-nın, Türkiyə Səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Dünya Gənc Türk Yazarlar Birliynin, Azərkitabın təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.

Bu il VII Şairlər Günü görkəmli Xalq şairi Məmməd Arazın xatirəsinə həsr ediləcək. Bu il ilk dəfə olaraq Şairlər Günü bölgələrdə də qeyd ediləcək. VII Şairlər Günü iyunun 5-də Bakıda Beynəlxalq Muğam Mərkəzində, iyunun 7-də Beyləqan Mədəniyyət Sarayında Mücirəddin Beyləqaninin əziz xatirəsinə, iyunun 8-də Şabran Mədəniyyət Sarayında Xaqani Şirvaninin əziz xatirəsinə həsr ediləcək. Tədbirlərdə müxtəlif ölkələrdən dəvət edilmiş 20-dən çox şair və yazıçılar iştirak ecəcəklər.

Bu gün bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür.

Qvami

Oxundu 334

© 2017 - NSPSOLUTIONS