Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında dünyasını dəyişib

Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top