Təbii fəlakət 164 nəfərin ölümünə səbəb oldu

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə, təbii fəlakət qurbanların sayı 164 nəfərə çatıb. RİA Novosti agentliyi xəbər verir ki, daha 102 nəfər itkin düşmüş sayılır. Məlumatına əsasən, mayın 29-da və 30-da ölkənin mərkəzi və cənub hissələrində sürəti saatda 80 kilometrə çatan güclü külək əsəcəyi, bəzi yerlərdə leysan yağışlar yağacağı gözlənilir. Xatırladaq ki, Şri-Lankada dağıdıcı daşqınlar səbəbindən 500 min insan evini tərk etməyə məcbur olub. Təbii fəlakətlə mübarizə mərkəzi ümumilikdə 2 minə yaxın evin zərər çəkdiyini və ya tamamilə dağıldığını qeydə alıb.
Şri-Lanka hökuməti BMT-yə və Cənubi Asiya ölkələrinə müraciət edərək təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək istəyib.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top