Çində küçənin ortasında bıçaqla qırğın: 6 ölü, 12 yaralı

Çinin Quyçjou vilayətinin Çjennin şəhər dairəsində naməlum kişi soyuq silahla küçənin ortasında qırğın törədib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, bıçaqla 6 nəfəri qətlə yetirib, 12 nəfəri isə yaralayıb. Qatilin insanlara hücumü 5 dəqiqə davam edib. Bundan sonra onu yerli polisin əməkdaşları tutublar. Hücumun səbəbi bilinmir. İlkin məlumata görə, hücum edən kişinin psixi pozuntuları var.

DİGƏR XƏBƏRLƏR

Top