Pekin: ABŞ-ın hərbi manevrləri Çinin suverenliyini pozur

Çinin Müdafiə Nazirliyi ABŞ-ı Çin sərhədləri yaxınlığında hərbi manevrlərini dayandırmağa çağırıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, nazirlik Vaşinqtonun Cənubi Çin dənizindəki fəaliyyətlərinin Çinin beynəlxalq təhlükəsizliyini və suverenliyini pozduğunu açıqlayıb. Çin həftə ərzində ABŞ-ın Cənubi Çin dənizində hərbi təyyarəsi və gəmisinə qarşı qabaqlayıcı tədbirlər görüb. Müdafiə Nazirliyi ABŞ-ı gələcəkdə bənzər manevrlərdən qaçınmaq üçün zəruri addımlar atmağa çağırıb: “Çin Silahlı Qüvvələri vəzifəsini məsuliyyətini dərk edərək yerinə yetirəcək və beynəlxalq suverenliyi ilə təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək”. ABŞ təyyarəsinin Honq Konqun hava məkanı yaxınlarında kəşfiyyat fəaliyyəti apardığını qeyd edən nazirlik ABŞ-ın Cənubi Çin dənizindəki hərəkətlərinin Pekinin suverenliyi üçün təhdid formalaşdırdığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top