Yol polisi maşını qovdu - Sürücü öldü, 1 nəfər isə ağır yaralandı-Video

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub. Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralı yalandığı bildirilir. Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.Qafqazinfo.az

qeza

DİGƏR XƏBƏRLƏR

Top