Yol qəzasında bir ailənin 15 üzvü həlak oldu-Əfqanıstan​da

Əfqanıstanın Parvan vilayətində 17 nəfəri daşıyan yük avtomobili qəzaya uğrayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir ailənin 15 üzvü həlak olub. Onların arasında qadın və uşaqlar da var. Qəza zamanı, həmçinin iki uşaq xəsarət alıb. Qeyd edək ki, Əfqanıstanda yol-nəqliyyat hadisələri tez-tez baş verir. Buna səbəb kimi adətən sürət həddinin aşılması, nəqliyyat vasitəsini idarəetmədə buraxılan səhvlər və yolların yararsız vəziyyətdə olması göstəririlir.

DİGƏR XƏBƏRLƏR

Top