Mingəçevirdə oğul ana qatili oldu

Mingəçevirdə Xətai 10 ünvanında Mingəçevir şəhər sakini 3 oğul anası Kəmalə Məhərrəmova ortancıl oğlu Nail Məhərrəmov tərəfindən yaşadığı ünvanda qətlə yetirilib. Hadisənin olduğu ünvanda olduq. Qonşuların dediyinə görə qadın dəfn olunmaq üçün anasının yaşadığı Yevlax rayonunun Xaldan kəndinə aparılıb. Hadisənin necə, hansı səbəbdən baş verdiyi barədə adıgedən ünvanda yaşayan qonşular onu bildirdilər ki, qadının əri rəhmətə gedəndən sonra O, 3 oğlu ilə birlikdə yaşayırdı. Qonşular bildirdi ki, ailə sakit bir ailə olub onların heç vaxt dava-dalaşlarını eşitməmişik. Bu hadisə də baş verəndən sonra bir qonşu kimi bizdə həyətdə olarkən eşitdik ki, hadisə ana ilə oğul arasında baş verən ailə münaqişəsi zəmnində baş verib. Bu gün qətlə yetirilən ananın 50 yaşı tama olurmuş. Belə demək mümkünsə bu da oğulun anaya ad günü hədiyyəsi oldu. Ananı qətlə yetirən Nail isə nişanlı idi. Bu yaxınlarda toyu olacaqmış. Oğul tərəfindən düşünülməmiş atılan bu qətl hadisəsi ananı qəbrə, nişanlı oğulu isə həbsə tərəf yönəltdi. Hadisə ilə bağlı hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top