TSQ İraqda terrorçuları bombaladı: 13 ölü​

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Avaşin Basyan bölhəsinə hava zərbələri endirib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı PKK terror təşkilatının 13 silahlısı zərərsizləşdirilib. Terrorçulara məxsus 7 mövqe məhv edilib. Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş Qərargahından bildiriblər ki, alının kəşfiyyat məlumatından sonra Avaşin Basyan bölgəsinə hava əməliyyatı keçirilib. Əməliyyat zamanı silahlı hücum hazırlığında olan 13 terrorçu zərərsizləşdirilib. Bundan başqa, PKK-nın istifadə etdiyi iki mağara, iki istehkam, iki atəş nöqtəsi və bir sığınacaq obyekti məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top