“Zika” virusu Hindistanda peyda oldu

Hindistanın Qucarat ştatında “Zika” virusuna 3 yoluxma halı qeydə alınıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Məlumatda qeyd edilir ki, yoluxma hallarından biri xüsusi testing köməkliyi ilə təsdiq edilib.

Qeyd edək ki, alimlər “Zika” virusunu 1974-cü ildə Uqanda ərazisində aşkar ediblər. Virus “Aedes aegyptu” adlı mığmığa vasitəsilə yayılır və bu virusa yoluxma qızdırmaya, qotura və oynaqlarda ağrıya bənzər simptonların inkişafına gətirib çıxarır. Hazırda dünyanın 60 ölkəsində “Zika” virusu qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top