G7 ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır

“Böyük yeddilik” ölkələri (G7) lazım olarsa, Ukraynaya görə Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdırlar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə G7 sammitinin yekun bəyannaməsində deyilir. Bəyannamədə qeyd edilir ki, Rusiya öz öhdəliklərini yerinə yetirərsə, sanksiyalar ləğv edilə bilər: “Buna baxmayaraq, biz, həmçinin lazım olacağı təqdirdə Rusiyanın ödəməli olduğu qiyməti artırmaq üçün növbəti məhdudlaşdırıcı tədbirlər görməyə hazırıq”. Sənəddə o da bildirilir ki, mövqelərin fərqli olmasına baxmayaraq, G7 ölkələri Rusiya ilə regional böhranları və dünya çağırışları üzərində işi birləşdirmək istəyirlər. Xatırladaq ki, G7 sammiti İtaliyanın Taormina şəhərində işinə yekun vurub.

DİGƏR XƏBƏRLƏR

Top