Ürək-damar xəstəliklərinin yaranma səbəbi Bakıda müzakirə olunur - VİDEO

Bakıda “Bakı ürək günləri” V Beynəlxalq Konqresi keçirilir. "Yeniavaz.com" xəbər verir ki, beynəlxalq konqres bu gün öz işini seksiya iclaslarında davam etdirir. Bu sessiyada anadangəlmə ürək qüsurları və onların yaranma səbəbləri müzakirə edilib. Bildirilib ki, bu problemlər əsasən bətndaxili dövrdə qan dövranı sisteminin inkişaf pozğunluqları nəticəsində əmələ gəlir. Anadangəlmə qüsurun səbəbi ana tərəfindən hamiləliyin ilk üç ayı ərzində keçirilən kəskin respirator virus infeksiyaları, qrip, məxmərək, herpes və s. xəstəliklər, siqaret çəkmə, hamiləlik zamanı qadağa qoyulan dərmanların qəbulu, eləcədə irsi faktorlar ola bilər. Qeyd edilib ki, anadangəlmə ürək qüsurları arasında daha geniş yayılmışı qulaqcıqlar və ya mədəciklər arasındakı çəpərdə dəliklərdir.

“Bakı ürək günləri” V Beynəlxalq Konqresində həmçinin qeyd edilib ki, hazırda 50 faiz gənclərdə müxtəlif ürək problemləri müşahidə olunur. Bunun əsas səbəblərindən biri də qohum evlilikləridir. Tədbirdə gənc və olduqca gənc insanlarda ürək qüsurları zamanı istifadə edilən cərrahi üsullar haqqında da məlumat verilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə dünyanın 10-dan çox ölkəsindən 400 nəfər əcnəbi və yerli kardioloq və kardiocərrahlar iştirak edirlər. “Bakı ürək günləri” V Beynəlxalq Konqresi sabah başa çatacaq.

Elvin Əliyev

urek

DİGƏR XƏBƏRLƏR

Top