Ronaldo cinayət işinin açılmaması üçün 6 milyon avro ödədi

“Real” Madridin hücumçusu Kriştiano Ronaldo vergidən yayınma ittihamları ilə bağlı məsələni yoluna qoymaq üçün könüllü olaraq kompensasiya ödəmək qərarına gəlib. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı portuqaliyalı 16 milyon avro ödəməlidir. K. Ronaldo İspaniya Maliyyə Nazirliyindən rəsmi bildirişin daxil olmasını gözləmədən artıq könüllü olaraq 6 milyon avro ödəyib. Könüllü ödəmə futbolçuya cinayət işinin açılmasından qaçınmağa imkan verəcək. Qeyd edək ki, K. Ronaldo 2011-2014-cü illər ərzində imic hüquqlarının reallaşdırılmasından əldə edilən gəlirlər üzrə vergi ödəməkdən yayınmaqda şübhəli bilinir.

DİGƏR XƏBƏRLƏR

Top