"Gürcüstanın müdafiə etməklə Avropanın təhlükəsizliyini təmin etmiş oluruq"

Gürcüstan Avropa üçün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan önəmli ölkədir. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu Baş nazir Georgi Kvirikaşvili ilə görüşdə NATO Parlament Assambleyasının prezidenti Paolo Alli deyib. Gürcüstanı Cənubi Qafqaz bölgəsində və Avropada sabitlik adası adlandıran Alli NATO-nun bu məsələni xüsusi diqqət mərkəzində saxladığını söyləyib: "NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və onun onun haqq işini müdafiə edir. Bəz Gürgüstan ərazilərinin bir hissəsinin işğalı faktını pisləyirik . Bu baxımdan hərbi alyans olaraq həmişə Gürcüstanın yanındayıq. Çünki Gürcüstanı müdafiə etməklə Avropanın təhlükəsizliyini təmin etmiş oluruq".

NATO PA rəhbəri Gürcüstanın NATO-ya üzv olması üçün adı çəkilən ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatları məmnunluqla qarşıladıqlarını da söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top