İraqda iranlı general öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli komandanı Şaaban Nəsiri İraqda öldürülüb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, iranlı general İraqın Mosul şəhərinin qərbində İŞİD terror təşkilatının silahlıları ilə döyüşdə həlak olub. Ş. Nəsiri İranın “Qüds” elit bölmələrinin komandanı Qasım Süleymaninin müşavirlərindən biri olub. O, ötən gecə öldürülüb. Ş. Nəsiri İraq xalq mobil qüvvələrində müşavir vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top