ABŞ-ın dövlət katibi Reks Tillerson Dövlət Departamentinin Ramazan ayı ilə bağlı tədbir keçirməsini qəbul etməyib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Dövlət Departamenti son 18 ildə demək olar hər il Razaman ayında xüsusi tədbirə ev sahibliyi edib. Dövlət Departamenti 1999-cu ildən bu günədək bir neçə istisna xaricində hər il Ramazan ayı üçün iftar verib və ya Ramazan bayramı üçün xüsusi mərasim təşkil edib. Lakin R. Tillerson bu il Ramazan bayramı üçün xüsusi mərasimin keçirilməsini rədd edib. Adətən belə mərasimlərdə ABŞ Konqresinin üzvləri, müsəlman icmalar, ABŞ-dakı müsəlman ölkələrin diplomatları və yüksək vəzifəli şəxslər iştirak edirlər.