Məşhur oyunda Türkiyə qalmaqalı

Dünyanın ən çox oynanılan futbol oyunlarından biri olan “PES 2017”nin mobil versiyasında Türkiyə ilə bağlı qalmaqal baş verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, oyunun mobil versiyasında Türkiyə Avropa deyil, Asiya-Okeaniya ölkələri arasında göstərilib. “PES 2017”də Türkiyə Quam, Palau Respublikası, İsrail və Tayvan kimi ölkələrlə birlikdə Asiya-Okeaniya regionunda yer alıb. Qırğızıstan və Qazaxıstan isə Avropa zonasında göstərilib. Bu amil oyunun istifadəçiləri arasında böyük narazılıqla qarşılanıb. Səhvlə bağlı oyunun istehsalçı şirkəti “Konami”dən hələ heç bir açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top