Füzulidə tank əleyhinə raket, Mingəçevirdə 1 dəst hərbi ləvazimat aşkar olunub FOTO

Füzuli rayonu Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 250 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Mingəçevir şəhəri Naxçıvani küçəsi 31 ünvanında yerləşən binanın arxasındakı şübhəli çantaya baxış keçirilib, 1 dəst hərbi ləvazimatlardan ibarət çanta aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 27 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 652 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 27 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 408 365 kv.m ərazi (618 982 kv.m əl ilə, 1 166 340 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 510 043 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Trend

DİGƏR XƏBƏRLƏR

Top