Regionun ən bahalı mənzillərində kimlər yaşayır? - QİYMƏTLƏR

Əksər region ölkələri ilə müqayisədə Azərbaycanda mənzillərin qiyməti yüksəkdir. "Yeniavaz.com" dünya ölkələrindəki mövcud qiymətlərin statistikasını yayınlayan nüfuzlu "numbeo.com" saytına istinadən bildirir ki, şəhər mərkəzlərində yerləşən mənzillər Moskava (Rusiya) və Tehrandan (İran) sonra ən yüksək qiymətə Bakıda satılır. Rusiyanın paytaxtı Moskvanın mərkəzi rayonlarında mənzillərin orta qiyməti bir kvadratmetrə görə 5 min 700 dollar təşkil edir. Məlumata görə, İranın paytaxtı Tehranda bu göstərici 1945 dollara, Azərbaycanın paytaxtı Bakıda isə 1400 dollara bərabərdir. Regionda mənzillərin ən ucuz olduğu şəhər Gürcüstanın paytaxtı hesab olunur. Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən mənzillərin bir kvadratmetrinin orta qiymət 945 dollara bərabərdir. Digər ölkələrə gəldikdə isə qeyd edək ki, Astanada (Qazaxıstan) mənzillərin bir kvadratmetrinin orta qiymət 1200 dollara, Kiyevdə (Ukrayna) 1175 dollara, İrəvan (Ermənistan) 1090 dollara, Ankara (Türkiyə) isə 1070 dollara bərabərdir.

Region ölkələrində (şəhər mərkəzində) bir kvadratmetr mənzilin orta qiyməti:

DİGƏR XƏBƏRLƏR

Top