"Gürcüstan Azərbaycan qazından asılıdır"

Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində önəmli rol oynayır. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Energetika naziri Kaxa Kaladze "Bölgədə enerji sammiti" adlı tədbirdə deyib. Onun sözlərinə görə Azərbaycan qazı Gürcüstanı onun üçün xoşgəlməz olan təhlükələrdən qoruya bilib və digər ölkənin ona qaz amili vasitəsi ilə təzyiq göstərməyə, ölkənin suverenliyini şübhə altına almağa imkan verməyib: "Biz bu gün Azərbaycan qazının Gürcüstan üçün nə qədər böyük önəm daşıdığını yaxşı bilirik. Gürcüstan Azərbaycan qazından asılıdır. Hazırda ölkəmiz yalnız Azərbaycandan qaz alır və qonşu ölkə strateji tərəfdaş kimi Gürcüstana böyük həcmdə sərmayələr qoyur. Azərbaycanla birgə həyata keçirəcəyimiz irimüqyaslı layihələr yaxın vaxtlarda tam şəkildə reallaşdırılacaq. Bu həm ölkələrimz arasında iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə, həm də Gürcüstana əlavə olaraq daha böyük həcmdə Azərbaycandan qaz almağa imkan verəcək".

DİGƏR XƏBƏRLƏR

Top