Azərbaycanda nazirkomitə sədrləri haralıdır? - SİYAHI

Məlum olduğu kimi Azərbaycan Nazirlər Kabinetinin strukturuna 35 dövlət qurumu daxildir. Bunlardan 18-i nazirlik, 9-u komitə, 5-i xidmət, 2-si administrasiya, 1-i isə idarədir. Bu qurumlara rəhbərlik edən şəxslərdən əlavə Baş nazir və onun müavinləri də Nazirlər Kabinetini təşkil edirlər. Hazırda Nazirlər Kabinetini 41 üzvü var. "Yeniavaz.com"un apardığı araşdırma zamanı məlum olub ki, Nazirlər Kabineti üzvlərinin 8-i əslən Naxçıvandan, 7-si Qərbi Azərbaycandan, 6-sı Bakıdan, 3-ü Gürcüstandan, 2-si Gəncədən, 2-si Şəmkirdən, 2-si isə Şəkidən olub. Eyni zamanda Füzuli, Cəbrayıl, Xocalı, Sumqayıt, Qubadlı, Sabirabat, Ağsu, Cəlilabad, Quba və Cənubi Azərbaycan da hər biri 1 nəfət "təmsilçi" ilə Nazirlər Kabinetində təmsil olunurlar.

Nazirlər Kabineti üzvlərinin SİYAHISI:

- Rasi-zadə Artur Tahir oğlu – Baş nazir:

Gəncə şəhərində doğulsa da, onun əslən Naxçıvandan olduğunu və Azərbaycanın məşhur şairi Hüseyn Cavidin yaxın qohumu olduğunu da yəqin ki, çox adam bilir.

- Eyyubov Yaqub Abdulla oğlu - Baş nazirin birinci müavini:

Doğum yeri Mingəçevir şəhəri göstərilir. Lakin, mətbuatda yer alan məlumatlardan belə görünür ki, baş nazirin müavini əslən Qərbi Azərbaycandandır.

- Əfəndiyev Elçin İlyas oğlu - Baş nazirin müavini:

Bakı şəhərində doğulsa da, əslən Füzuli rayonundandır. Məşhur yazışı İlyas Əfəndiyevin oğludur.

- Həsənov Əli Şamil oğlu - Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri:

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub.

- Şərifov Abid Qoca oğlu - Baş nazirin müavini:

Şəki rayonunda anadan olub.

- Əhmədov Əli Cavad oğlu - Baş nazirin müavini:

Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub.

- Abasov İsmət Dursun oğlu - Baş nazirin müavini:

Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub.

- Məmmədyarov Elmar Məhərrəm oğlu - Xarici işlər naziri:

Bakı şəhərində anadan olub. Məşhur akademik Məhərrəm Məmmədyarovun oğludur.

- Usubov Ramil İdris oğlu - Daxili işlər naziri:

Xocalı rayonunda anadan olub.

- Həsənov Zakir Əsgər oğlu - Müdafiə naziri:

Astara rayonunda doğulsa da, əslən Qərbi Azərbaycandandır.

- Məmmədov Fikrət Fərrux oğlu - Ədliyyə naziri:

Bakı şəhərində anadan olsa da, əslən Şəki rayonundandır.

- Camalov Yavər Talıb oğlu - Müdafiə sənayesi naziri:

Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub

- Şərifov Samir Rauf oğlu - Maliyyə naziri:

Rəsmi mənbələrdə doğum yeri göstərilməsə də, əslən Gürcüstandan olduğu məlumdur.

- Məmmədov Fazil Əsəd oğlu - Vergilər naziri:

Şamaxıda anadan olsa da, əslən Şəmkir rayonundandır.

- Mustafayev Şahin Abdulla oğlu - Iqtisadiyyat və sənaye naziri:

Qərbi Azərbaycanın Noyemberyan rayonunda anadan olub

- Heydərov Kəmaləddin Fəttah oğlu - Fövqəladə Hallar naziri:

Naxçıvanda, Babək rayonunda anadan olub.

- Müslümov Səlim Yanvar oğlu - Əmək və əhalinin sosial müdafiəsi naziri:

Ağsu rayonun Pirhəsənli kəndində anadan olub.

- Əsədov Heydər Xanış oğlu - Kənd təsərrüfatı naziri:

Rəsmi mənbələrdə anadan olduğu yer göstərilməsə də, Qərbi Azərbaycanın Sisyan rayonundan olduğu məlumdur.

- Qarayev Əbülfəz Mürsəl oğlu - Mədəniyyət və turizm naziri:

Bakıda anadan olub. Məşhur bəstəkar Qara Qarayevin qardaşı oğludur.

- Cabbarov Mikayıl Çingiz oğlu - Təhsil naziri:

Bakıda anadan olsa da, əslən Gəncədən olduğu məlumdur.

- Şirəliyev Oqtay Kazım oğlu - Səhiyyə naziri:

Bakıda anadan olsa da, əslən Cənubi Azərbaycandan olduğu bildirilir.

- Quluzadə Ramin Namiq oğlu - Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri:

Bakı şəhərində anadan olduğu qeyd olunur.

- Əliyev Natiq Ağaəmi oğlu - Energetika naziri:

Bakı şəhərində doğulsa da, əslən Naxşıvandan olduğu məlumdur.

- Rəhimov Azad Arif oğlu - Gənclər və idman naziri:

Bakı şəhərində anadan olduğu bildirilir.

- Bağırov Hüseynqulu Seyid oğlu - Ekologiya və təbii sərvətlər naziri:

Rəsmi mənbələrdə anadan olduğu yer göstərilməsə də, Quba rayonundan olduğu, Azərbaycan SSR KP-nin birinci katibi Mircəfər Bağırovun qardaşı oğlu olduğu məlumdur.

- Əliyev Aydın Əli oğlu - Dövlət Gömrük Komitəsinin sədri:

Bakı şəhərində anadan olsa da, əslən Gürcüstandandır.

- Ələsgərov Abbas Abbas oğlu - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri:

Bakı şəhərində anadan olub.

- Hüseynova Hicran Kamran qızı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

Bakı şəhərində anadan olsa da, əslən Qubadlı rayonundandır.

- Budaqov Tahir Yaqub oğlu - Dövlət Statistika Komitəsinin sədri:

Naxçıvan şəhərində anadan olub.

- İbrahimov Nazim Hüseyn oğlu - Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri:

Naxçıvanda, babək rayonunda anadan olub.

- Mübariz Qəhrəman oğlu Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri:

Şəmkir rayonunda anadan olub.

- Həsənov Ramiz Ayvaz oğlu - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri:

Gürcüstanda, Marnueli rayonuda anadan olub.

- Həsənov Kərəm Əvəz oğlu - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri:

Cəlilabad rayonunda anadan olub.

- Qurbanov Qüdrət Qəmbər oğlu - Dövlət Dəniz Administrasiyasının rəisi:

Naxçıvan şəhərində anadan olub.

- Məmmədov Arif Əhməd oğlu - Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru:

Hansı rayonda anadan olduğu barədə rəsmi mənbələrdə heç bir məlumat yoxdur.

- Mədət Qəzənfər oğlu Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi:

Gəncə şəhərində anadan olduğu bildirilir.

- Orxan Sedyar oğlu Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi:

Bakı şəhərində anadan olduğu bildirilir.

- Nəbiyev Firudin Hilal oğlu - Dövlət Miqrasiya Xidmətinin rəisi:

Qərbi Azərbaycanın Dərələyəz bölgəsində anadan olub.

- Quliyev Elçin İsağa oğlu - Dövlət Sərhəd Xidmətinin rəisi:

Sumqayıt şəhərində anadan olduğu bildirilir.

- Paşayev Ataxan Əvəz oğlu - Milli Arxiv İdarəsinin rəisi:

Naxçıvanda, Culfa rayonunda anadan olub.

- Rəhimov Arzu Yusif oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi:

Naxşıvan şəhərində anadan olub.

DİGƏR XƏBƏRLƏR

Top