"YPX avtomobilinin ağacların arxasında durması qadağandır"

"Xahiş edirəm, bu suala cavab tapmaqda köməklik göstərin - hesab edin ki, dayanma-durmanı qadağan edən nişan olmayan bir küçədə avtomobildə əyləşib kimisə gözləyirsiniz. Avtomobilinizi dediyim nöqtədə saxlamaqla heç kimə mane olmursunuz, küçə enlidir, hər iki istiqamətə iki zolaq var. YPX inspektoru yaxınlaşıb sizdən avtomobilinizi buradan götürməyinizi tələb edir. Siz də öz növbənizdə YPX inspektoruna etiraz edib, bildirirsiniz ki, bəs bu küçədə parklanma qadağan deyil, odur ki, heç yerə tərpənən deyiləm.

Bilmək istərdim ki, sizin etirazınıza cavab olaraq YPX inspektoru dayanma-durma qaydalarını pozma və ya inspektorun tələblərinə tabe olmama ilə bağlı cərimə yaza bilərmi?". "Yeniavaz.com" saytının məlumatına görə, belə bir sualla vətəndaş Hicran Quliyev müraciət edib.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bu suala belə cavab verib: "Əgər həmin yerdə dayanma və durmanı qadğan edən heç nə (təkcə nişan yox) yoxdursa, onda dayanma və ya durma qaydalarını pozma ilə bağlı cərimə yazılmasından söhbət gedə bilməz. Amma həmin yerdə xüsusi tədbirlər keçirilməsi ilə əlaqədar hərəkət və ya dayanma-durma məhdudlaşdırılırsa və inspektor bu səbəbdən oradan getməyi tələb edirsə, özü də onun bu tələbi forma və məzmuca qanunidirsə, siz həmin tələbi icra etməsəniz, İXM-in 535-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilərsiniz. Bu halda həmin inspektor protokol yox, raport yazacaq ki, qanuni tələbimi icra etmədi. Belə halda köməyə başqa polis əməkdaşı da çağırıla bilər, hətta tabe olmayan şəxs tutularaq polis orqanına aparıla bilər. Bu ciddi məsələdi"r.

Ərşad Hüseynov "YPX avtomobili harada dayanmalıdır?" sualına isə belə cavab verib: "Bunun ən aydın cavabı "YPX haqqında" təlimatdadır. Orada qeyd olunur ki, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır".

DİGƏR XƏBƏRLƏR

Top