"Stress çarxı" uşaqlar üçün təhlükəlidir - Psixoloq

"Stress çarxı" ("Fidget Spinner") öncələr diqqət çatışmazlığı sindromundan əziyyət çəkən uşaqlar üçün hazırlanmış vasitə olsa da, bu gün məktəblilərin, həmçinin digər insanların əlində görürük. Bəs bu hansı problemlərə yol aça bilər? "Yeniavaz.com" mövzu ilə bağlı ekspertlərin fikrini öyrənib.

"Problemi ucuzvari vasitələrlə aradan qaldırmaq olmaz"

Psixoloq Fərqanə Mehmanqızı əslində bu cihazların birdən-birə yayılmasının marketinq planı olduğunu dedi. Onun sözlərinə görə, bu cihazın uşaqlara xeyri yox, ziyanı var: "Mənim qızlarım sinif yoldaşlarında bundan görüblər və məndən də tələb edirlər. Lakin mən buna qəti şəkildə qarşıyam. İnsanda asılılıq yaradan vasitələrdən uzaq durmaq lazımdır. Həmçinin uşaqların da belə vasitələrə meyl etməsinin qarşısı alınmalıdır. Bura kompüter oyunları da daxildir. Belə deyək də, nə insanda asıllıq yaradırsa, onu yaxına buraxmaq lazım deyil. Məsələn, "Sprinner"ə alışan adam sabah o olmasa əziyyət çəkəcək. Bunu sinir sistemi sakitləşdirici adı altında alıb istifadə edirlər. Mən valideylərə deyirəm ki, uşaq nədir, əsəbilik nədir? İlk növbədə uşaq niyə əsəbidir onu araşdırmaq lazımdır. Tutaq ki, mənim bir insanla konfiliktim var və mən bu hirsimi cilovlamaq üçün bu cihazdan istifadə edim? Göründüyü kimi çox yanlış fikirdir. O problemin kökü qaldıqca sinir sistemi heç bir vasitə ilə tənzimlənə bilməz. Belə vasitlər insanlarda aqresiyyanı gücləndirir, gələcəkdə ağır fəsadlara yol açır. Bu sadəcə problemin üstünü örtmək deməkdir. Problem isə içəridə böyüyür. Problemi ucuzvari vasitələrlə aradan qaldırmaq olmaz".

"Bu bir növ öz-özünü aldatmaqdır"

Sosioloq Cavid İmamoğlunun isə sualımıza münasibəti belə oldu:"Bu cihazlar əsəb sakitləşdirmə anlamına gəlir. Bu, bir növ öz-özünü aldatmaqdır. Əsəbi sakitləşdirmək üçün insan öz həyatına sakitlik verməlidir, stress verici məqamlara diqqət etməlidir. Bu alətlərin məqsədi yalnız satış və gəlir üçündür. Kor-koranə şəkildə bir-birində görüb onu alırlar. Halbuki bu özü bir biznesdir və insanlardan istifadə edib pul qazanırlar. Əgər əldə belə şey oynatmaqla stess yatırsa, bunun ən gözəl variant təsbehdir. Təsbeh həm də zikr üçündür. Allahın adlarını sadalamaq insanın ruhunu dincəldir. O bildiyimiz cihas isə, psixoloji aldatmadır. Bir müddətdən sonra əl öyrəşəcək, onun olmamağının özü bir stressə səbəb olacaq. Bu da yeni bir gərginlik olacaq".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top