Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ƏDƏBİYYAT

"Heç bir ingilis Robin Qudu quldurluqda ittiham etmir, amma biz..."

25.05.2017 17:15

"Folklor nümunələrinin xarici dillərə tərcümə edilməsi qənaətbəxş deyil. Öz İnstitutumuzun payına deyim ki, bu sahə bizdə geridə qalıb. Əlbəttə, Azərbaycan folklorunun dünyada təbliği məsələsi əsas istiqamətlərdən biri olmalıdır. Folklorumuzu dünyanın ayrı-ayrı dillərinə tərcümə edib onun çapı ilə məşğul olmalıyıq. Bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə "Folklorda azərbaycançılıq və multikulturalizm" adlı layihə üzərində işləyirik. Layihədə toplama materialları və elmi araşdırmalardan ibarət sanballı bir kitabın həm Azərbaycan, həm də ingilis dillərində çap olunması nəzərdə tutulub". Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov müsahibəsində deyib. Onun sözlərinə görə, folklor öz formasına görə son dərəcə milli olur: "Ən azı ona görə ki, hər xalqın öz dilində yaranır. Elə bir dildə ki, onu başqa dilə tərcümə etmək çox çətin olur. Amma bu millilik folklorun ümumbəşəri məzmun daşımasına qətiyyən mane olmur. Son dərəcə milli olan folklor nümunələri ümumbəşəri mahiyyət kəsb edir. Bu ümumbəşəriliyin kökü arxaik düşüncə tərzinə gedib çıxır".

O eyni zamanda dastanlarımızdakı qız qaçırma, yol kəsmə, adam öldürmə və s. kimi halların son illərin tənqid hədəfinə çevrilməsinə də münasibət bildirib: "Təəssüf ki, biz dastan qəhrəmanlarına müasir qəhrəman tipinə yanaşdığımız meyarlarla yanaşırıq. Bizim dastan qəhrəmanlarının atdığı addımlar oxşar şəkildə Avropa xalqlarının dastan qəhrəmanlarında da özünü göstərir. Amma bu gün heç bir alman dastan qəhrəmanı Ziqfridi qəddarlıqda, heç bir ingilis dastan qəhrəmanı Robin Qudu quldurluqda ittiham etmir".apa

Oxundu 329

© 2017 - NSPSOLUTIONS