Azərbaycanın bu universiteti Rumıniya universiteti ilə əməkdaşlıq edəcək

Mayın 24-də keçirilən Azərbaycan-Rumıniya Universitetlərarası Forumunda iştirak edən nümayəndə heyəti bu gün Bakı Mühəndislik Universitetində olub. "Yeniavaz.com" saytına verilən məlumata görə, universitetin rektoru, professor Havar Məmmədov Rumıniya təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri qəbul edib. Rektor qonaqlara ölkə rəhbərinin təhsilə qayğısı və universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, universitet-iş dünyası əlaqələrinin yüksək səviyyədə qurulması sayəsində BP başda olmaqla bir neçə şirkət universitetdə müasir laborotoriyalar qurub. Maddi-texniki baza və akademik heyətlə tanış olan rumuniyalı alimlər universitetin potensialını yüksək qiymətləndiriblər. Onları müasir avadanlıqlarla təhciz olunmuş mexanika və kimya laborotoriyalarında aparılan təcürbəyə baxıblar.

Sonda Bakı Mühəndislik Universiteti ilə Rumıniyanın Universitatea Ştefan cel Mare Suceava arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsinə əsasən ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə və müəllim mübadiləsi və digər əməkdaşlıq perspektivləri nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top