Moskva nəqliyyatında terror aktı törətməyə hazırlaşan 4 terrorçu saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada nəqliyyatda terror aktı törətməyə hazırlaşan İŞİD terror təşkilatının 4 üzvünü saxlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu FTX-nin İctimai Əlaqələr Mərkəzindən deyiblər. Mayın 25-də saxlanılmış 4 terrorçu Rusiya və Mərkəzi Asiya ölkələri vətəndaşlarıdır. Onlar Moskvanın nəqliyyat infrastruktur obyektlərində əldəqayırma partlayıcılardan istifadə edərək terror aktı törətməyi hazırlaşıblar. Terrorçular Suriyadan alınan təlimat üzrə hərəkət ediblər. Saxlanılanlar diversiya-terror aktını törətdikdən sonra İŞİD-in tərkibində vuruşmaq üçün Suriyaya getməyi planlaşdırıblar. Terrorçuların qaldığı ünvanlarda aparılan axtarışlar zamanı partlayıcı maddələrin istehsalı üzrə laboratoriya, əldəqayırma partlayıcı qurğu, avtomatik silah, hərbi sursatlar, qranatlar, ekstremist və terror yönümlü ədəbiyyat və videoyazılar aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top