KTMT sülhməramlı tədbirlərdə iştirak etmək üçün BMT ilə danışıqlar aparır

NATO-ya qarşı 6 MDB ölkəsinin (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan) iştirakı ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) beynəlxalq sülhməramlı missiyalarda iştirak etmək niyyətindədir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə TASS agentliyinə açıqlamasında KTMT Baş katibi Yuri Xaçaturov bildirib. Onun sözlərinə görə, KTMT beynəlxalq aləmdə sülhməramlı missiyanı həyata keçirmək üçün imkanlara və gücə malikdir: " KTMT-nin sülhməramlı gücü 3,5 min nəfərdən çoxdur. Bu da bizə BMT TŞ mandatı altında sülhün təmini və qorunması üçün yalnız qurumdaxili dövlətlərin ərazilərində deyil, həm də üçüncü ökələrdə analoji tədbirlərdə tam şəkildə iştirak etməyə imkan verir. Hazırda biz BMT-nin müvafiq qurumları ilə birgə KTMT-nin BMT çərçivəsində keçirilən sülhməramlı missiyasında iştirak etməsi barədə danışıqlar aparırıq. Bununla bağlı hazırda BMT ilə bircə KTMT-nin sülhməramlı tədbirlərdə iştirak etməsinin hüquqi aspektləri üzərində iş gedir".

DİGƏR XƏBƏRLƏR

Top