“Aİ və ABŞ-ın Rusiyaya qarşı ümumi mövqeyi yoxdur”

Avropa İttifaqı (Aİ) və ABŞ-ın Rusiyaya münasibətdə ümumi mövqeyi yoxdur. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Aİ Şurasının prezidenti Donald Tusk Brüsseldə Aİ institutları rəhbərlərinin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra deyib. O bildirib: “Rusiyaya münasibətdə 100 faiz ümumi mövqeyimizin olduğunu deyə bilmərəm. Lakin Ukraynadakı münaqişəyə gəlincə, deyəsən biz eyni xətdəyik”. D. Tusk qeyd edib ki, Aİ və ABŞ ticarət və iqlim dəyişiklikləri ilə mübarizə məsələlərində fikir ayrılıqlarını aşa bilməyiblər: “Bəzi məsələlər açıq qalır. Bura iqlim və ticarət kimi məsələlər daxildir”.

DİGƏR XƏBƏRLƏR

Top