Rusiya İrandan neft alıb əvəzində məhsul verəcək

Rusiya və İran arasında “mal qarşılığında neft” müqaviləsi bağlanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijan Zangane deyib. Onun sözlərinə görə, İran Rusiya tərəfinin implementasiyasını (yerinə yetirilməsini) gözləyir. Nazir bildirib: “Bizim çətinliyimiz yoxdur, müqaviləni imzaladıq, hər şey tərəflər arasında əlaqələndirilib”. Rusiya və İran arasında “mal qarşılığında neft” proqramı üzrə əməkdaşlıq artıq 2017-ci ildə başlaya bilər. Rusiya Energetika Nazirliyi daha əvvəl bəyan etmişdi ki, “mal qarşılığında neft” müqaviləsi çərçivəsində İrandan neft alışı sutkada 100 min barel, ildə isə təqribən 5 milyon ton təşkil edə bilər. Rusiyanın İrandakı ticarət nümayəndəsi Andrey Luqanski isə bildirmişdi ki, bu proqram çərçivəsində Rusiya İana ildə 45 milyard dollar dəyərində mal tədarük edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top