Avtobusda cibgirliklə məşğul olan şəxs iş başında saxlandı - VİDEO

Sərnişinlə dolu olan avtobusda cibgir tutulub. Cibgirlik etməkdə şübhəli bilinən şəxsi, zərərçəkmiş sərnişin özü tutub. Hadisə günorta saatlarında 107- saylı avtobusda olub. Bütün olanları isə sərnişilərdən biri mobil telefonla çəkib. Paytaxtın ''Koroğlu'' metrostansiyasından Buzovna qəsəbəsinə doğru hərəkət edən avtobusda ayaqüstə duran sərnişinlərdən biri, pulunun cibindən çəkildiyini hiss edib. Dərhal yaşlı kişi pulunu oğurlandığını ətrafdakılara deyib. Bu zaman o, yanında olan şəxsin pulu yerə atdığını görüb. Yaşlı kişi bundan sonra cibgiri döyməyə başlayıb.
Yaşlı zərərçəkmiş sərnişin pulunu almasına baxmayaraq əsəbi olduğu üçün cibgirlikdə şübhəli bilinən şəxsi sillələməkdən əl çəkmir. Avtobusda olan digər sərnişinlər belə ona mane ola bilmir. Bir müddət sonra sərnişinlər həmin şəxsi yaşlı kişinin əlindən alırlar.
Zərərçəkmiş şəxs hadisədən sonra polisə məlumat verib.Avtobus son dayanacağa çatanda polis əməkdaşları həmin şəxsi saxlıyaraq şübhəli kimi bölməyə aparıblar.Xezerxeber

cibgir

DİGƏR XƏBƏRLƏR

Top