Avtomobilin kondisionerlərinə vaxtında qulluq edilməməsi sizi əlavə xərcə sala bilər-VİDEO

Havalar günü-gündən isindiyindən bəzi sürücülər artıq kondisionerlərdən istifadə etməyə başlayıb. Ancaq peşakar avtomobil ustaları deyir ki, mövsüm başlamazdan əvvəl avtomobilin kondisionerlərinə qulluq mütləqdir. Avtomobilin kondisionerlərinə vaxtında qulluq edilməməsi sizi əlavə xərcə sala bilər.
Sürücülərin əksəriyəti elə bu şəxslər kimi edir. Yəni, uzun müddət istifadə etmədikləri kondisioneri anidən işə salırlar. Ancaq avtomobil ustalar həyəcan təbili çalır. Peşakar ustalar bildirirlər ki, kondisioner istifadə edilməzdən əvvəl ona bəzi qulluqların edilməsi mütləqdir. Usta Namiq Nağıyevin sözlərinə görə, avtomobilə bu xidmətlər vaxtdında göstərilməsə, sürücü əlavə maddi ziyana düşə bilər. Usta deyir ki, salon filtirlərinin təmizlənib, yenidən istifadəsi ümumiyyətlə məsləhət deyil. Həmin filtirlər mütləq yeniləri ilə əvəz edilməlidir. Namiq Nağıyev tövsiyə edir ki, sürücülər kondisionerə ən azı iki ildən bir xüsusi aparatlar vasitəsi ilə qaz-frion vurdursun. Kustar üsulla, yol kənarlarında qoyulan adi balonlardan kondisionerə qaz vurdurmaq məsləhət deyil.Xezerxeber

Kondisioner

DİGƏR XƏBƏRLƏR

Top